Kriminal

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı

25 Jan 2026, 23:00 1 baxış
Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı
Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza yanğına səbəb olub.

Oxu.Az-ın məlumatına görə, qəza səbəbindən qəsəbəni təmin edən əsas qaz infrastrukturu ciddi zədələnib. Hazırda Mehdiabad qəsəbəsinin böyük bir hissəsinə mavi yanacağın verilişi dayandırılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər