Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

25 Jan 2026, 16:45 2 baxış
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər