Kriminal

Şirvanda 36 yaşlı kişi toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb

24 Jan 2026, 22:24 1 baxış
Şirvanda 36 yaşlı kişi toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb
Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Zərərçəkən qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər