Kriminal
Salyan sakini dəm qazından boğularaq ölüb
Salyan sakini dəm qazından boğularaq ölüb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev hamam otağında dəm qazından boğulub. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az