Kriminal

Neftçalada baş vermiş qəzada xəsarət alanların vəziyyəti AÇIQLANIB

24 Jan 2026, 18:24 1 baxış
Neftçalada baş vermiş qəzada xəsarət alanların vəziyyəti AÇIQLANIB
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Oxu.Az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, biri qadın, ikisi kişi olmaqla üç nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. İki nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər