Kriminal
Neftçalada AĞIR QƏZA: Qardaşlardan biri öldü, digəri yaralandı
Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. "Mercedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az