Cəmiyyət

Bacı-qardaşın yanaraq ölməsi: cinayət işi başladı

24 Jan 2026, 11:22 2 baxış
Bacı-qardaşın yanaraq ölməsi: cinayət işi başladı

Ötən gün Səbail rayonunda yanğında iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb.


Axar.az xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firudin Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.


Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər