Cəmiyyət
Sabirabadın adları açıqlanmayan bəzi kəndlərində qaz kəsiləcək
İyulun 3-də Sabirabadın bəzi kəndlərində qaz təchizatında fasilə olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:30-dan işlər yekunlaşanadək Sabirabad rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Rəsmi məlumatda konkret hansı kəndlərdən söhbət getdiyi açıqlanmayıb.
Mənbə
oxu.az