Cəmiyyət
Sabah 36 dərəcə isti olacaq - 03.07.2026
İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.
Mənbə
oxu.az