Cəmiyyət

Naxçıvanda qardan sonra fəsadlar: Avtomobillər buzlu yollarda qəza edir

24 Jan 2026, 01:24 2 baxış
Naxçıvanda qardan sonra fəsadlar: Avtomobillər buzlu yollarda qəza edir
Yanvar ayının 23-ü səhər saatlarından etibarən Naxçıvan şəhərinə yağan qar bir sıra fəsadlara yol açıb. Məlumata görə, yollarda nəqliyyatın hərəkətində ciddi çətinliklər müşahidə olunub, bəzi hallarda isə avtomobillərin sürüşərək qəza törətməsi faktları qeydə alınıb.
Məsələ ilə bağlı Naxçıvan Şəhər STİ-nin rəisi Ramin Talıbov bildirib ki, axşam saatları olmasına baxmayaraq, mütəmadi olaraq iş gedir: "Duzlanma işləri, demək olar ki, şəhərin bütün yerlərində, əsasən prospektlərdə, enişli-yoxuşlu ərazilərdə, kəsişmələrdə, o cümlədən nəinki şəhər, Əliabad, Tumbul, Qaraçuq kəndləri və o istiqamətlərdə də aparılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər