Cəmiyyət
"Uşaq istəmirəm" deyən qadınların həbs olunduğu ölkə - Məşhur paytaxtın özəllikləri
Baku TV-nin "Oralarda necədir?" rubrikasının budəfəki buraxılışında Polşanın paytaxtı Varşavadan bəhs edilib. Bakıdan 3 128 kilometr uzaqda yerləşən, tarixi 12-ci əsrə gedib çıxan adıçəkilən şəhər Avropanın ən sadə həyat tərzi sürülən paytaxtlarından biridir.
Burada varlı olmaq üstünlük deyil. Bahalı geyim, lüks avtomobil və dəbdəbəli evlər diqqət çəkmir, çünki cəmiyyət bunu qəbul etmir. Varşavalılar üçün əsas dəyər sadəlik, sosial bərabərlik və sabit həyatdır. İmkanlı olmaq gizlədilir, bunu nümayiş etdirmək ayıb sayılır. Polşada abort tamamilə qadağandır. Qadın istəsə belə, hamiləliyi yarıda kəsmək mümkün olmur. Hətta dölün sağlamlığı risk altında olsa da. Lakin xüsusi hallarda aborta icazə verilir. Sərt qanunlar bəzi qadınları başqa ölkələrə getməyə məcbur edir. Bu ölkədə ana olmaq pulsuzdur, amma ana olmamaq seçim deyil. Polşada abort cinayət sayılır və 3 ilə qədər həbs cəzası var. Dövlət uşağa aylıq pul ödəyir, ailələri dəstəkləyir, amma qadının "övlad istəmirəm" deməyə haqqı yoxdur. Bu qaydalar cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.

Mənbə
oxu.az