Kriminal

Lerikdə şəhid bacısı ölümündən 3 gün sonra dəfn olundu

23 Jan 2026, 22:48 1 baxış
Lerikdə şəhid bacısı ölümündən 3 gün sonra dəfn olundu
Lerikdə şəhid bacısı vəfat etdiyi gündən üç gün sonra torpağa tapşırılıb. Oxu.Az xəbər verir ki, Barzavu kənd sakini, 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xaliqin bacısı Qənbərova Əntiqə 20 yanvar tarixində dünyasını dəyişib.

Lakin həmin tarixdə kəndə güclü qar yağdığı üçün onun dəfni mümkün olmayıb. Nəticədə dəfn prosesi gecikib. Əntiqə Qənbərova bu gün torpağa tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər