Cəmiyyət

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

23 Jan 2026, 20:16 2 baxış
Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

ABŞ Prezidenti Donald Trampla protokol çərçivəsində birgə şəkil çəkdirmək daxili PR baxımından vacibdir. Lakin bu, Davosda Ermənistanın baş naziri ilə Tramp arasında görüşün olmaması faktını ört-basdır etmək üçündür.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Sərkisyan deyib.


O qeyd edib ki, Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiyi halda Ermənistanın baş naziri ilə təkbətək görüşməməsi anlaşılmazdır.


S.Sərkisyanın sözlərinə görə, ABŞ adətən regional balansı qorumağa çalışır:


“Tramp və Əliyev görüş zamanı TRIPP təşəbbüsünü də müzakirə ediblər. Davos İqtisadi Forumu çərçivəsində Tramp cəmi iki liderlə ikitərəfli görüş keçirib — Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski ilə”.

Mənbə axar.az

Oxşar Xəbərlər