Cəmiyyət
Bakıda evdə yanaraq ölənlər BACI-QARDAŞ İMİŞ
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı ölən şəxslərin kimliyi məlum olub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus üçmərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası, 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı, 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.
Mənbə
oxu.az