Cəmiyyət

Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ

23 Jan 2026, 17:42 2 baxış
Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ
Bakının Nəsimi rayonunda səkinin zəbt olunması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, Xətai prospektində mikromobillik zolağı, parkinq üçün yer ayrıldığı halda piyadalar nəzərə alınmayıb. "Səkilər reklam lövhələri ilə zəbt olunduğu üçün rahat hərəkət etmək mümkün deyil. Məcburiyyətdən hərəkət zolağına düşməli oluruq", - deyə şikayətdə qeyd olunur.
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, səkilərin kustar üsullarla məhdudlaşdırılması, tikinti şirkətləri və nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinə risk yaratmaqla ümumilikdə şəhərin piyada mühitinə mənfi təsir göstərir.
"Bu, inzibati məsuliyyət yaradan haldır. Sözügedən əraziyə də baxış keçirilib və aidiyyəti qurumlara bu cür qanunazid əməllərin qarşısının alınması üçün müraciət olunub", - deyə T.Orucov bildirib. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, piyada səkisində qanunsuz quraşdırılmış reklam lövhəsi qurumun əməkdaşları tərəfindən sökülüb.

Əzizə İsmayılova
Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ Nəsimi rayonunda piyadaların yolunu kəsən LÖVHƏ GÖTÜRÜLDÜ
Mənbə oxu.az

Oxşar Xəbərlər