Cəmiyyət

Ötən il ölkədə baş verən hərbi cinayətlər azalıb - Hərbi prokuror AÇIQLADI

23 Jan 2026, 16:43 2 baxış
Ötən il ölkədə baş verən hərbi cinayətlər azalıb - Hərbi prokuror AÇIQLADI
2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99.7%-i açılıb. Oxu.Az-ın məlumatına görə, bunu baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov Hərbi Prokurorluqda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib. O bildirib ki, hesabat dövründə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3% azalma müşahidə edilib: "2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə "962-Etimad xətti" yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər