Kriminal

Bakıda 60 yaşlı kişinin inyeksiyadan ölməsinin TƏFƏRRÜATI

23 Jan 2026, 16:48 1 baxış
Bakıda 60 yaşlı kişinin inyeksiyadan ölməsinin TƏFƏRRÜATI
Bakıda iynədən ölən kişi özünə inyeksiya edibmiş. Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, Cəfər Cabbarlı küçəsi 58 ünvanında yaşayan Sabirabad rayon sakini 1966-ci il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Qohumları bildiriblər ki, o, santexnik kimi fəaliyyət göstərirmiş. Hadisə günü isə antibiotiklə birgə hansısa dərmanları qarışdıraraq özünə inyeksiya edib. Bundan sonra mədəsində ağrı başlayıb, əraziyə təcili tibbi yardım çağırılıb. Amma təcili yardım gələnə qədər o, dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər