Cəmiyyət
61 yaşlı kişi Bakıda kirayə qaldığı evdə ölü tapıldı
Bakıda evdən kişi meyiti tapılıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, M.Arif küçəsindəki mənzillərdən birində baş verib.
Həmin ünvanda kirayədə yaşayan - Ağdaş rayonunda daimi qeydiyyatda olan 1965-ci il təvəllüdlü Pənah Qarayevin cansız bədəni yanvarın 23-də saat 03 radələrində yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
axar.az