İqtisadiyyat
Büdcənin zəruri məlumatları "Rəqəmsal dövlət maliyyəsi" sistemi ilə təqdim ediləcək
Dövlət və icmal büdcəsinin zəruri məlumatları müvafiq orqanlara informasiya sistemi vasitəsilə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Büdcə sistemi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, büdcə təşkilatları tələb olunan informasiyaların göndərilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum - "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçirəcəklər. Məlik Məlikov
Mənbə
oxu.az