İqtisadiyyat

Azərbaycanda "Palatalar haqqında" Qanun qəbul edilə bilər - TƏKLİF

23 Jan 2026, 12:38 1 baxış
Azərbaycanda "Palatalar haqqında" Qanun qəbul edilə bilər - TƏKLİF
"Sənaye və ya ticarət palataları biznes ilə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhfə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlar ilə deyil, xüsusi qanun ilə tənzimlənir: "Bu baxımdan, Azərbaycanda da "Palatalar haqqında" Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu biznes subyektlərinin fəaliyyətlərin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər