Cəmiyyət
Müəllimlərin attestasiyadan keçiriləcəyi ünvan AÇIQLANDI
Mədəniyyət Nazirliyi (MN) tərəfindən attestasiya imtahanının keçiriləcəyi ünvan məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb. Bildirilib ki, MN-ə aid təhsil müəssisələrində çalışanların attestasiya prosesi Bakı Xoreoqrafiya Akademiyasının binasında təşkil olunacaq. Qeyd edilib ki, müəllimlərin imtahanın baş tutacağı məkana çatdırılması üçün müvafiq təşkilati tədbirlər görüləcək.
Mənbə
oxu.az