Kriminal

Lənkəranda qonşusunun damından yıxılan kişi öldü

23 Jan 2026, 11:44 1 baxış
Lənkəranda qonşusunun damından yıxılan kişi öldü
Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə Liman şəhərində baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Çingiz Əliyev yanvarın 7-də qonşusuna məxsus evin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Ç.Əliyev yanvarın 22-də orada ölüb. Faktla bağlı araşdırmalar aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər