Cəmiyyət
Bu yollardan 3 gün ərzində bir velosiped keçirsə... - Deputat
Yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat H.Babaoğlu deyib.
"Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”, - deputat bildirib.
Mənbə
axar.az