Kriminal
Şəkidə evdə partlayış oldu
Şəki rayonunda evdə partlayış hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Gecə saatlarında kənd sakini Əhməd Soltanova məxsus evin zirzəmisində partlayış olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az