Cəmiyyət

Yardımlıda üç kəndə elektrik enerjisinin verilməsi bərpa edilib - RƏSMİ

22 Jan 2026, 19:34 2 baxış
Yardımlıda üç kəndə elektrik enerjisinin verilməsi bərpa edilib - RƏSMİ
"Ölkə ərazisinə yağan güclü qar nəticəsində Yardımlı rayonunun üç kəndində elektrik enerjisinin verilməsində yaranan problem artıq tam aradan qaldırılıb". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq"ASC-dən verilib. Qeyd olunub ki, iki gündür dağ kəndlərinə yağan güclü qar səbəbindən sıradan çıxan elektrik xətlərinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
"Yolların bağlı olması müəyyən ərazilərə gedib çatmaqda çətinlik yaratsa da, əməkdaşlarımız problemin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə ediblər. Bu gün də gün ərzində, qurumun qəza xidməti əməkdaşları ərazidə lazım olan bütün tədbirləri görüblər və saat 18:30-da Yardımlı rayonunun Zevin kəndi istiqamətindəki kəndlərə elektrik enerjisinin verilməsi tam təmin olunub", - deyə məlumatda bildirilir. Qeyd edək ki, güclü qar yağışı nəticəsində elektrik xətlərinin zədələnməsi səbəbindən Yardımlının üç dağ kəndində elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Kənd sakinləri yolların güclü qar səbəbindən bağlı olduğu üçün işıqla bağlı problemin operativ həllinin mümkün olmadığını bildirmişdilər. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər