Kriminal

Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA

22 Jan 2026, 12:32 1 baxış
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə metronun "Memar Əcəmi" stansiyasının giriş hissəsində divar üçün nəzərdə tutulan mərmər örtüklərin döşəməyə vurulması barədə görüntülər paylaşılıb. Oxu.Az-ın məlumatına görə, həmin örtüklərin səthinin sürüşkən olduğu üçün piyadalara təhlükə yaratdığı bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Memar Əcəmi" stansiyasının hazırda təmir-bərpa işi aparılan keçidində qranitin döşənməsi sərnişin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla aparılır:
"Döşəmə örtüyünün açıq hava ilə təmas olan hissələri ehtiyat tədbiri kimi xüsusi qaydada cilalanır. Bildiririk ki, stansiyanın həmin çıxışı sərnişinlərin gediş-gəlişi üçün bağlıdır. Ümumiyyətlə, bütün təmir işləri sərnişin təhlükəsizliyi tələblərinə uyğun aparılır. Görülən tədbirlərdən savayı, norma və qaydaların tələbinə uyğun təmir-bərpa prosesinin son mərhələsində də digər texniki tədbirlər görüləcək". Samir Əli
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər