Kriminal
Bakı-Qazax magistralında zəncirvari qəza: Üç nəqliyyat vasitəsi TOQQUŞDU
Bakı-Qazax magistral yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəqliyyat vasitəsi toqquşub. Belə ki, VAZ-2107, BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur. Qəza ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb. Sözügedən ərazidən görüntünü təqdim edirik:
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az