Kriminal
Paytaxtda 20 yaşlı oğlan faciəli şəkildə öldü
Bakıda 20 yaşlı oğlan faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev yaşadığı Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25-dəki evin hamamında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az