Kriminal

Yevlaxda bir ailənin beş üzvü dəm qazından zəhərləndi: İkisinin vəziyyəti ağırdır

22 Jan 2026, 10:40 1 baxış
Yevlaxda bir ailənin beş üzvü dəm qazından zəhərləndi: İkisinin vəziyyəti ağırdır
Yevlax rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, bu gün saat 06:10-da 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib. Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir". Qeyd edək ki, dəm qazından zəhərlənən beş nəfərdən biri vəfat edib. Onların bir ailənin üzvü olduğu bildirilib. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər