Cəmiyyət

Deputatdan TƏKLİF: "Təhsil haqqında" Qanun yenidən hazırlansın

22 Jan 2026, 10:02 2 baxış
Deputatdan TƏKLİF: "Təhsil haqqında" Qanun yenidən hazırlansın
"Müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə alan yeni "Təhsil haqqında" Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bugünkü iclasda deyib. O bildirib ki, mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır: "Elmi dərəcələrin verilməsi sahəsində mövcud ikipilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmadığını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. 30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik, bakalavr və magistr təhsil pillələri tətbiq olunub. Amma bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası ortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və ya dissertasiyaya hansısa istinad olunsun. Magistrin yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?" Deputat ikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəz etməyi və bununla da elm və təhsil sistemini beynəlxalq təcrübəyə uyğunlaşdırmağı təklif edib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər