Cəmiyyət
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi: XƏSARƏT ALANLAR VAR
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə yanvarın 21-də gecə saatlarında şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Mehrab Niftəliyev küçəsində "Mercedes" markalı 99-MF-553 dövlət nömrə nişanlı avtomobillə KIA markalı, 77-MF-033 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunub. Avtomobillərə ciddi ziyan dəyib.
Əzizə İsmayılova

Mənbə
oxu.az