Cəmiyyət
Emil Həsənov: "Ən böyük problem vətəndaşların təhlükəli ərazilərə daxil olmalarıdır"
"Humanitar təmizləmə 1990-cı illərdən etibarən başlayıb. Humanitar deyəndə, əhali yaşayan ərazilərdə baş verən əməliyyatlar nəzərdə tutulur. Lakin ən böyük problem vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin həmin ərazilərə daxil olmalarıdır. Çəpərlənmə ona görə qoyulur ki, hələ təmizlənməyib və ya təmizləndikdən sonra sel suları nəticəsində yenidən minalanma baş verə bilər. Sellər gələndən sonra ərazi yenidən minalana bilər". Bu sözləri ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov "Baku TV"nin "Aktual Gündəm" verilişində deyib.
O, çıxışının davamında vətəndaş məsuliyyəti məsələsinə toxunaraq bildirib: "Vətəndaşların da öhdəlikləri var. Öhdəlik odur ki, dövlətin qoyduğu çəpərlərə ayaq basılmasın. Statistikaya görə, orta hesabla Azərbaycanda hər il 500-600 adam yol-nəqliyyat hadisələri nəticəsində həlak olur. Bu zaman demirik ki, buna Dövlət Yol Polisi cavabdehdir. Vətəndaşlar özləri buna cavabdehdirlər".

Mənbə
oxu.az