İdman

Kamilo Duran matçın ən yaxşısı seçildi

21 Jan 2026, 23:56 1 baxış
Kamilo Duran matçın ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.


Axar.az xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.


O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsinə əsas pay sahiblərindən biri olub.


Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər