İdman

Vinisius Çempionlar Liqasının tarixində braziliyalılar arasında ikinci bombardir oldu

21 Jan 2026, 22:48 1 baxış
Vinisius Çempionlar Liqasının tarixində braziliyalılar arasında ikinci bombardir oldu
"Real Madrid"in hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasında braziliyalı bombardirlər arasında ikinci yeri tutub. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu, 25 yaşlı forvardın turnirin 7-ci turunun "Real Madrid" - "Monako" matçında (6:1) fərqlənməsindən sonra baş verib. Həmin qol Vinisiusun Çempionlar Liqasında 30-cu qolu olub və ona hesabında eyni sayda qol olan Kaka ilə bərabərləşmək imkanı verib. Bu göstərici üzrə lider 43 qol vurmuş Neymardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər