İqtisadiyyat

“SOCAR Karbamid” zavodunun istehsal gücü kəskin artırıldı

21 Jan 2026, 19:01 1 baxış
“SOCAR Karbamid” zavodunun istehsal gücü kəskin artırıldı

“SOCAR Karbamid” zavodunda 2023-2024-cü illərdə analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı deyib.


O qeyd edib ki, həmin dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb:


“Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı — təbii qaz yanacağı — 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub".

Mənbə axar.az

Oxşar Xəbərlər