İqtisadiyyat

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını artırdı

21 Jan 2026, 19:36 1 baxış
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını artırdı

2025-ci ildə Azərbaycan Rusiyaya 1 milyard 174,55 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.


Axar.az Report-a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1 % çoxdur.


Ötən il qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində əvvəlki ilə nisbətən 10,15 % artaraq 597,35 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 27,6 % artaraq 347,9 milyon ABŞ dolları olub.


İl ərzində Azərbaycan həmçinin İsveçrəyə 347,8 milyon ABŞ dolları (57,8 % çox), Ukraynaya isə 201 milyon ABŞ dolları (70,9 % çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.


Hesabat ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 8,5 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər