İdman

"Beşiktaş"ın böyük ümidlərlə transfer etdiyi Rafa Silva İstanbuldan ayrıldı

21 Jan 2026, 17:24 1 baxış
"Beşiktaş"ın böyük ümidlərlə transfer etdiyi Rafa Silva İstanbuldan ayrıldı
"Beşiktaş"ın böyük ümidlərlə transfer etdiyi Rafa Silva komandadan ayrılıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu səhər İstanbuldan ayrılıb və doğma şəhəri Lissabona uçub. "Benfika"nın idman direktoru Mario Branko "Beşiktaş" rəhbərliyi ilə danışıqlarda tam razılığa gəlib. Portuqaliya nəhənginin "Beşiktaş"a ümumilikdə 7.5 milyon avro ödəyəcəyi təsdiqlənib. Rafa Silva "Benfika"nın idman direktoru Brankonun müşayiəti ilə Atatürk hava limanına gəlib və şəxsi təyyarə ilə Lissabona yola düşüb. Məlum olub ki, portuqaliyalı ulduz dünyaca məşhur Joze Mourinyonun rəhbərlik etdiyi "Benfika" ilə 2028-ci ilin iyun ayına qədər uzunmüddətli müqavilə imzalayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər