Digər
İranda Səfəvi dövrünə aid körpü dağılır
İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Kəl çayı üzərində qurulan Səfəvi dövrünə aid əzəmətli tarixi körpü dağılmaq üzrədir.
Kult.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, Mədəni İrs Təşkilatı Səfəvi əsərinin bərpasına vəsait ayırmadığı üçün abidə baxımsızlıq ucbatından yox olmaq təhlükəsilə üzləşib.
Qeyd olunub ki, 1000 metr uzunluqda və 230 aşırımlı olan İranın ən böyük tarixi körpüsü olan abidə 1998-ci ildə İran mədəni isr siyahısında qeydə alınsa da, qorunması üçün tədbir görülməyib.
Mənbə
axar.az