İqtisadiyyat

Kutay Durna: "Karbamid zavodu daxili gübrə tələbatını 100% qarşılayır"

21 Jan 2026, 15:24 1 baxış
Kutay Durna: "Karbamid zavodu daxili gübrə tələbatını 100% qarşılayır"
"Bu gün Karbamid zavodu daxili gübrə tələbatını 100% qarşılayır, bu da ümumi istehsalın 12%-ni təşkil edir. Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun direktoru Kutay Durna bu gün rəhbərlik etdiyi müəssisənin Dünya İqtisadi Forumunun nüfuzlu "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edilməsi və zavodda həyata keçirilən layihələrə dair tədbirdə deyib. O qeyd edib ki, Karbamid zavodunda istehsal edilən gübrə Ukrayna, Rumıniya, Bolqarıstan, Türkiyə və Kanadaya ixrac olunur: "Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir". O əlavə edib ki, zavodun istehsal gücü illik 650 min ton həcmindədir: "Müştərilərimizin 95%-dən çoxu kənd təsərrüfatı sahəsindəndir, çünki karbamid gübrə kimi tətbiq edilir". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər