Kriminal
Bakıdakı güclü yanğının başvermə səbəbi MƏLUM OLDU
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb. Oxu.Az-ın məlumatına görə, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub. Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub. Hazırda yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir. Samir Əli
Mənbə
oxu.az