Digər

Bəşər Əsədin əmisi öldü

21 Jan 2026, 15:41 2 baxış
Bəşər Əsədin əmisi öldü

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi Rıfat Əsəd 88 yaşında vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, 1982-ci ildə Həma hadisələri zamanı “Həma qəssabı” kimi tanınan Rıfat Əsəd Birləşmiş Ərəb Əmirliklərində dünyasını dəyişib.


Qeyd edək ki, Rıfat Əsəd 2011-ci ildə vətəndaş müharibəsi zamanı Suriyanı tərk etsə də, 2021-ci ildə prezident Bəşər Əsədin icazəsi ilə ölkəyə qayıtmışdı. Lakin 2024-cü ildə Bəşər Əsədin devrilməsindən sonra Suriyanı yenidən tərk etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər