Kriminal
Bakıda musiqiçi faciəli şəkildə öldü
Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib. B.Əzimov saz ifaçısı kimi tanınırdı. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli

Mənbə
oxu.az