İdman

UEFA Çempionlar Liqası: "Real Madrid"dən darmadağın, PSJ məğlub oldu

21 Jan 2026, 02:04 2 baxış
UEFA Çempionlar Liqası: "Real Madrid"dən darmadağın, PSJ məğlub oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun ilk oyunları baş tutub. Oxu.Az xəbər verir ki, "Real Madrid" ev matçında "Monako" ilə üz-üzə gəlib. "Kral klubu" monakoluların qapısından altı top keçirib. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb - 6:1.
Turnirin hazırki qalibi PSJ "Sportinq"in qonağı olub. Meydan sahiblərinin təzyiqi qarşısında tab gətirməyən Paris təmsilçisi minimal fərqlə məğlub olub - 2:1.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb: "Kayrat" - "Brügge" - 1:4; "Budyo Qlimt" - "Mançester Siti" - 3:1; "Kopenhagen" - "Napoli" - 1:1; "İnter" - "Arsenal" - 1:3; "Olimpiakos" - "Bayer Leverkuzen" - 2:0; "Tottenhem" - "Borussiya Dortmund" - 2:0; "Vilyarreal" - "Ayaks" - 1:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər