İdman

UEFA Çempionlar Liqası: "Arsenal" yenə qələbə qazandı, "Napoli" heç-heçəyə razılaşdı

21 Jan 2026, 02:12 1 baxış
UEFA Çempionlar Liqası: "Arsenal" yenə qələbə qazandı, "Napoli" heç-heçəyə razılaşdı
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə start verilib. Bu tura qədər məğlub olmayan "Arsenal" səfərdə "İnter"in qonağı olub. "Topçular" qələbə seriyasını davam etdirərək Milanda 1:3 hesablı qalibiyyətə seviniblər. London təmsilçisinə qələbə qazandıran qolları Qabriel Jezus (dubl) və Viktor Qyökereş vurublar. "İnter"in yeganə qolunun müəllifi isə Petar Suçiç olub.
İtaliyanın digər təmsilçisi "Napoli" də qələbə qazana bilməyib. Səfərdə "Kopenhagen"lə qarşılaşan neapollular 1:1 hesablı heç-heçəyə razılaşıblar. "Napoli"dən Skott Maktominey, Danimarka təmsilçisindən isə Cordan Larsson fərqlənib.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Kayrat" - "Brügge" - 1:4; "Budyo Qlimt" - "Mançester Siti" - 3:1. "Olimpiakos" - "Bayer Leverkuzen" - 2:0; "Real Madrid" - "Monako" - 6:1; "Sportinq" - PSJ - 2:1; "Tottenhem" - "Borussiya Dortmund" - 2:0; "Vilyarreal" - "Ayaks" - 1:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər