Cəmiyyət
20 Yanvar faciəsi şahidlərin dilindən - Meydan mübarizəsindən Qarabağ zəfərinə gedən yol
Azərbaycan tarixinə "Qanlı yanvar" faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il ötür. Oxu.Az-ın əməkdaşları faciə şahidləri ilə həmsöhbət olublar. "Bakı Metropoliteni" QSC-nin əməkdaşı Mansur Qocayev müsahibəsində bildirib ki, həmin gecə əlisilahlı dəstələr qoca-cavan, yaşlı-uşaq bilmədən hamıya atəş açırdılar. O vurğulayıb ki, silahlı şəxslər təcili yardım avtomobillərini də atəşə tutur, həkimlərin yaralılara yaxınlaşmasına, yardım etməsinə imkan vermirdilər.
"Qanlı yanvar"ın digər şahidi Kamil Məhəmmədquliyev isə hadisələri xatırlayarkən qeyd edib ki, soyuq havalarda dizindəki yaranın yeri sızıldayır. O bildirib ki, sovet əsgərləri yerdə uzanmış yaralıları yoxlayıb, sağ qalanları da öldürürdülər. Bakıda mülki əhaliyə qarşı törədilən qətliamın şahidlərindən biri də tarixçi alim Boran Əzizdir. Müsahibimiz qeyd edib ki, əhalinin bir qismi sovet qoşunlarının onlara qarşı bu dərəcədə qəddar davranacağına inanmırdı. Əməkdar incəsənət xadimi, 20 Yanvar hadisələrinin nəticələrini lentə alan Nizami Abbas isə vurğulayıb ki, 20 Yanvar hadisələrinin kadrlarına baxanlar 44 günlük müharibədə zəfər qazandılar. Faciə vaxtı üç gün ac-susuz zirzəmidə qalan Seyran Əbdürrəhmanov müsahibəsində bildirib ki, Moskvadan göndərilən xüsusi təyinatlı "Alfa" qrupu şahidlərin qalmamasına çalışır, buna görə yaralıları yenidən güllələyirmiş. Hadisələri tarixin yaddaşına köçürən fotomüxbir Rasim Sadıqov vurğulayıb ki, həmin anları soyuqqanlılıqla lentə alıb. O, yalnız şəhidlərin dəfn günü göz yaşlarını saxlaya bilmədiyini deyib.

Mənbə
oxu.az