Cəmiyyət

Mərkəzi Bank milyonluq əmlaklarını satır

20 Jan 2026, 18:00 3 baxış
Mərkəzi Bank milyonluq əmlaklarını satır

Azərbaycan Mərkəzi Bankının balansında olan əmlaklar satışa çıxarılıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, fevralın 18-də keçirilməsi nəzərdə tutulan hərracda dəyəri milyon manatlarla ölçülən bir neçə əmlak təklif olunur.


Hərraca çıxarılan ən bahalı əmlak Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Onun dəyəri 4 milyon 644 min 500 manatdır.


Digər bahalı əmlaklar aşağıdakılardır:


- Dəyəri 1 milyon manat olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 747-ci məhəllə, ev 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;


- Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi ev 9a ünvanında yerləşən fərdi yaşayış evi;


- Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi ev 8, keçid 4 ünvanında yerləşən fərdi yaşayış evi;


- Dəyəri 1 milyon 205 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 21b ünvanında yerləşən qeyri-yaşayış sahəsi;


- Dəyəri 1 milyon 514 min manat olan Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi məhəllə 381, ev 71, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;


- Dəyəri 1 milyon 855 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a mənzil 49 ünvanında yerləşən mənzil.

Mənbə axar.az

Oxşar Xəbərlər