Cəmiyyət
ADSEA kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi - Foto
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mənbə
axar.az