İdman
"Real Madrid" ulduz futbolçusu üçün 200 milyon funt sterlinq təklif alıb
"Real Madrid" ulduz futbolçusu Vinisius Junior üçün 200 milyon funt sterlinq təklif alıb. Oxu.Az "Indykaila News"a istinadən xəbər verir ki, təklif Səudiyyə Ərəbistanı klublarından birindən gəlib. İspaniya təmsilçisi qarşı tərəfə Vinisiusun 2026-cı ilin qış transfer pəncərəsində satılmayacağını bildirib. Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu 2018-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm bütün yarışlarda 29 oyunda meydana çıxıb, altı qol vurub və səkkiz məhsuldar ötürmə edib. Vinisiusun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Onun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.
Mənbə
oxu.az