İdman

Murad Musayev: "Sabah"ın futbolçuları məğlubiyyəti adi qarşılayırdılar"

20 Jan 2026, 18:00 2 baxış
Murad Musayev: "Sabah"ın futbolçuları məğlubiyyəti adi qarşılayırdılar"
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev klubundan ayrılığının səbəbini açıqlayıb. Oxu.Az xəbər verir ki, hazırda "Krasnodar" klubunda baş məşqçilik edən mütəxəssis bu barədə Rusiya mətbuatına müsahibəsi zamanı danışıb. "Qələbə qazanmaq və inkişaf etmək istəyən komandamız var idi. Sonra əsas oyunçular komandadan ayrıldılar və yeni futbolçular transfer olundular. Bu səbəbdən də mövsüm uğursuz oldu. Emosiyası olmayan komandadan xoşum gəlmir. Futbolçular məğlubiyyəti adi qarşılayırdılar. İki il "Sabah" klubunda işlədikdən sonra oradan ayrıldım". Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illər aralığında "Sabah"ı çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər