İdman

Dennis Şmitt: "Qarabağ" klubu hücuma yaxşı çıxır"

20 Jan 2026, 16:30 1 baxış
Dennis Şmitt: "Qarabağ" klubu hücuma yaxşı çıxır"
"Bakıya yaxşı əhvali-ruhiyyədə gedirik". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl Almaniyada keçirilən mətbuat konfransında Bundesliqa təmsilçisinin baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib. O bildirib ki, sabahkı oyunda qələbə qazanacaqlarına inanırlar: "Bura UEFA Çempionlar Liqasıdır. Liqada Avropanın yüksəksəviyyəli komandaları oynayır. Rəqibimiz güclüdür, amma biz də güclüyük. "Qarabağ"ın baş məşqçisi uzun müddətdir kluba rəhbərlik edir. Bu da onların yüksək səviyyəsindən xəbər verir. Rəqibi təhlil etmişik. "Qarabağ" klubu hücuma yaxşı çıxır. Cənubi amerikalı oyunçularının sayəsində tempi yüksək saxlayırlar. Müdafiədə kompakt və yaxşı çıxış edirlər". Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər